
Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Digər sərəncamla Rəşad Məmmədov Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, R.Məmmədov 26 iyul 2021-ci ildən səfir vəzifəsində çalışıb.