Xəbər axtarın

Son axtarış nəticələri:

Aqil Abbas: ​“Niyə Ağdamda mənə ev düşmür?” - Sahibə Qafarovadan ETİRAZ

30.10.2026 14:00

Aqil Abbas: ​“Niyə Ağdamda mənə ev düşmür?” - Sahibə Qafarovadan ETİRAZ

“Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür”.

Primeinfo.az xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyük tikinti gedir. Baxırsan, ürəyin açılır. Mən məcburi köçkün statusunda deyiləm, 1970-ci ildən Bakıda yaşayıram. Amma atamın mülkündə tikilən evdən niyə mənə düşmür?

Deməli, mən Ağdamdan öz cibimə ev almalıyam, niyə? Nə mənə, nə bacı-qardaşlarıma ev düşür. Mən tək deyiləm, mənim kimi bir neçə belə şəxs var. Bu məsələ olduqca ciddidir və qaçqın statusuna yenidən baxılmalıdır”.

Spiker Sahibə Qafarova deputatın fikirləri ilə razılaşmadığını və onun bu çıxışı ilə görülən işlərə ləkə saldığını bildirib: “Bu qədər iş görülür və niyə siz ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür? Haradan, hansı ölkədən gətirib məskunlaşdırırlar? Siz bir dəfə də bu məsələni qaldırmışdınız, demişdiniz ki, ağdamlılara yer vermirlər. Onda da sizə demişdim, bəs kimə yer verirlər? Bu qədər iş görürlər, siz bu işlərə ləkə salırsınız. Siz də, Bəxtiyar müəllim də deputatdır, ayrı tribuna yox idi ki, bu qanun (red. “Pulsuz hüquqi yardım”) müzakirə olunanda deyəydiniz? Sizin başqa imkanınız yox idi ki, bu məsələni vəkillərlə danışasınız?”

Paylaş: