Xəbər axtarın

Son axtarış nəticələri:

İŞİD-ə qarşı əməliyyat: Məşhur "Abdullah" tutulub Türkiyəyə gətirildi

30.10.2026 13:39

İŞİD-ə qarşı əməliyyat: Məşhur "Abdullah" tutulub Türkiyəyə gətirildi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qarşı xüsusi əməliyyat həyata keçirərək “Abdullah” ləqəbli Uğur Bahadırı saxlayıb.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, yaraqlı Əfqanıstan-Pakistan bölgəsində aşkar edilərək Türkiyəyə gətirilib.

Türkiyə kəşfiyyatının məlumatına əsasən, U.Bahadır Türkiyəni tərk edib Əfqanıstan və Pakistana yola düşdükdən sonra, 2024-cü ildə qruplaşmaya cəlb olunub. O, İŞİD düşərgələrində hərbi hazırlıq keçib və bir neçə fərqli düşərgədə müxtəlif mövqelərdə yer alaraq təşkilatın tapşırıqlarını icra edib.

Saxlanılan şəxs dindirmə zamanı yaraqlıların hazırlıq prosesi, yeni üzvlərin cəlb edilməsi kanalları və qruplaşmanın həmin regiondakı fəaliyyəti barədə məlumatlar verib.

O cümlədən, MİT-in məlumatına görə, İŞİD üzvlərinin Türkiyədən tranziti ilə məşğul olan, “Əbu Yasir ət-Türki” ləqəbi ilə tanınan Özgür Altunla əlaqələrini də etiraf edib.

Türkiyə Milli Kəşfiyyat İdarəsindən verilən açıqlamada bildirilir ki, keçirilmiş bu əməliyyat qruplaşmanın insan ehtiyatlarının bərpası yollarını üzə çıxarmağa və Türkiyə ərazisində hazırlanan terror aktlarının qarşısını tam almağa imkan yaradıb.

Paylaş: