Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı

25.10.2026 13:45

Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı

Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında növbəti qələbəsini qazanıb.

Primeinfo.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Andorra ilə üz-üzə gəlib.

Hövsan Yarış Kompleksində keçirilən görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığma bu gün növbəti matçını saat 19:30-da Avstraliya komandasına qarşı keçirəcək.

***

10:30 

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək.

Primeinfo.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv eyni gündə iki matça çıxacaq.

Yığma əvvəlcə saat 12:45-də Andorra ilə üz-üzə gələcək. Növbəti rəqib isə Avstraliya millisi olacaq. Həmin qarşılaşma saat 19:30-da başlayacaq. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Xatırladaq ki, Azərbaycan millisi mundialdakı ilk oyununda ötən gün Timor-Leste yığmasına 6:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalına oktyabrın 30-da yekun vurulacaq.

Paylaş: