Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilir. Primeinfo.az xəbər verir ki,tədbirdə çıxış edən turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov yarışla bağlı fikirlərini bölüşüb. O, Azərbaycanın 189 ölkənin milli komandalarını bir araya gətirən ilk dünya çempionatına ev sahibliyi etməsindən qürur duyduğunu bildirib: “Milli Təşkilat Komitəsi adından FIFA-nın 15 yaşınadək oğlanlar arasında ilk dünya çempionatı və festivalında hər birinizi salamlamaq mənim üçün xüsusi şərəfdir.
FIFA prezidenti Canni İnfantino Bakıda keçirilən U-15 dünya çempionatı və festivalının açılışı ilə bağlı paylaşım edib.
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki,tədbir Bakı Kristal Zalında baş tutub. İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib.
FIFA prezidenti Canni İnfantino, turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov, AFFA prezidenti Rövşən Nəcəf və AFFA rəsmiləri U-15 dünya çempionatı və festivalının ilk oyun günündə Hövsan Yarış Kompleksini ziyarət ediblər.
Belarus-Azərbaycan Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə Minsk şəhərində səfərdə olan Baş nazirin müavini Samir Şərifov Belarusun yerli məhsullarının nümayiş olunduğu “Perşı Regional Ticarət Mərkəzi” (Першы рэгіянальны гандлёвы цэнтр) və paytaxtda fəaliyyət göstərən Azərbaycan Ticarət Evi ilə tanış olub. Primeinfo.az-ın xəbərinə görə, ziyarət çərçivəsində Baş nazirin müavini “Perşı” ticarət mərkəzində Belarusun müxtəlif regionlarının istehsalı olan qida, tekstil, sənaye və xalq sənətkarlığı nümunələri ilə yaxından tanış olub, iki ölkə arasında daxili bazarın təşkili və yerli brendlərin təşviqi sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Daha sonra Minskdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evinə baş Samir Şərifov burada “Made in Azerbaijan” brendi altında təqdim olunan milli məhsullarımızın çeşidi, satış dinamikası və yerli istehlakçıların marağı ilə maraqlanıb.
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə tərkibində dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, komissiyanın Azərbaycan tərəfdən sədri vəzifəsində Azərbaycan Respublikasının energetika nazirini Baş nazirinin müavini Samir Şərifov əvəz edib.