Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti - VİDEO

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti - VİDEO

Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 kilometrlik avtomobil yolunda tikinti işləri davam etdirilir. Bu barədə Primeinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, müxtəlif hissələri I, II və III texniki dərəcəyə uyğun inşa olunan yol 4 və 2 hərəkət zolaqlı olmaqla layihələndirilib.

Bakıda və ətraf qəsəbələrdə YOXLAMA BAŞLAYIR

Bakıda və ətraf qəsəbələrdə YOXLAMA BAŞLAYIR

Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən bir sıra yolötürücülərində instrumental müayinə işləri davam etdiriləcək. Primeinfo.az xəbər verir ki,bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Müayinələr körpü və yolötürücülərinin etibarlı istismarının təmin edilməsi, mümkün risklərin vaxtında müəyyənləşdirilməsi və hərəkət təhlükəsizliyinin artırılması məqsədilə aparılır.

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Oktyabrın 4-də Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən yolötürücülərində instrumental müayinə işləri çərçivəsində Ziya Bünyadov prospektində yolötürücüsü müayinə olunacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata görə, müayinə işləri gecə saat 01:00-dan 05:00-dək həyata keçiriləcək.

Bakıda bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti MƏHDUDLAŞDIRILIR

Bakıda bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti MƏHDUDLAŞDIRILIR

Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq olunacaq. Primeinfo.az  xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyətlər sentyabrın 29-u saat 21:00-dan etibarən paytaxtın bəzi küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində ediləcək dəyişikliklərlə əlaqədar tətbiq olunacaq. Məlumata görə, Binəqədi rayonunda Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində, həmçinin Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur - AAYDA

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur - AAYDA

Xocavənd rayonunun Ağkənd və Qarakənd, Xocalı rayonunun isə Təzəkənd və Badara kəndlərinə gedən avtomobil yollarında əsaslı yenidənqurma işləri həyata keçirilir. Bu barədə Primeinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, yollar müasir tələblərə uyğun şəkildə yenilənir, yol infrastrukturu yaxşılaşdırılır, yaşayış məntəqələrinin rahat və təhlükəsiz nəqliyyat əlaqəsinin təmin olunması istiqamətində kompleks tədbirlər görülür.

Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq

Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar 14 sentyabr saat 06:00-dan etibarən Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Elçin Əzizov küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərin nəzərinə: "Şamaxinka"da yol BAĞLANIR

Sürücülərin nəzərinə: "Şamaxinka"da yol BAĞLANIR

Bu gün saat 20:00-dan etibarən Bakının Binəqədi rayonunda təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar Moskva prospektinin kənar yolu, Biləcəri enişi hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

Bu yolun eniş hissəsi tam bağlanacaq

Bu yolun eniş hissəsi tam bağlanacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Təmir işlərinə 4 sentyabr saat 20:00-dan etibarən start veriləcəyi bildirilib.

Bakıda daha bir yolda təmir işlərinə BAŞLANILIR - FOTO

Bakıda daha bir yolda təmir işlərinə BAŞLANILIR - FOTO

Bakının Binəqədi rayonunda Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, Xəzər rayonunda Türkan–Hövsan şossesində, həmçinin Suraxanı rayonunda Elzar Yusubov küçəsində təmir işləri aparılır. Bu barədə Primeinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Sabah saat 09:00-dan etibarən isə Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir işlərinə başlanılacaq.