Xəbər axtarın

Son axtarış nəticələri:

Lavrov: "Taliban Əfqanıstanı uğurla idarə edir"

05.10.2026 16:04

Lavrov: "Taliban Əfqanıstanı uğurla idarə edir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Taliban” nümayəndələri ilə görüşdə Moskvanın Kabula maddi-texniki və ekspert dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Primeinfo.az xəbər verir ki, Lavrov xüsusi xidmət və güc strukturları arasında əlaqələrin davam etdirilməsinə də hazır olduqlarını qeyd edib.

Nazirin sözlərinə görə, yaxın bir-iki ay ərzində Əfqanıstana növbəti humanitar yardım göndəriləcək.

Lavrov sanksiyalara baxmayaraq, Əfqanıstan iqtisadiyyatının böyüdüyünü bildirib. O, “Taliban”ın ölkəni “kifayət qədər uğurla” idarə etdiyini deyib.

Paylaş: