Xəbər axtarın

Son axtarış nəticələri:

89 yaşlı Zeynəb Xanlarovanın yeni - FOTOsu

05.10.2026 17:12

89 yaşlı Zeynəb Xanlarovanın yeni - FOTOsu
Uzun illərdir Türkiyədə yaşayan və fəaliyyət göstərən tanınmış jurnalist Sevil Nuriyeva Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb.

Primeinfo.az xəbər verir ki, jurnalist “Facebook” sosial şəbəkəsində məşhur sənətçi ilə fotosunu paylaşıb.

“Bu gün İstanbulda Türk dünyasının əfsanəvi sənətkarı, hörmətli Zeynəb Xanlarova ilə yenidən görüşməyin sevincini yaşadım. Ona kiçik yaşlarımdan heyranlıq duyuram. İllər keçdi və aramızda ailəvi bir dostluq başladı. O, televiziya verilişlərimin qonağı olurdu, nə vaxt dəvət etsəm, həmişə müsbət cavab verirdi.

Tarixi hadisələrin şahidi olmuş, milli kimliyi və yaddaşı özündə təcəssüm etdirən, millət və vətən dəyərlərini uca tutan əfsanəvi bir şəxsiyyət… Uzun söhbətimizdən aldığım ilhamı sözlə ifadə edə bilmirəm. O mənə həmişə “Sevil can” deyə müraciət edir, eynilə uşaqlığımda nənəmin mənə səsləndiyi kimi. Bilmirəm niyə, amma yenə də çox kövrəldim. Əziz Zeynəb xanım, Allah sizi qorusun. Ömrünüz bərəkətli olsun, əfsanə”, – deyə S.Nuriyeva bildirib.

Qeyd edək ki, ötən ay Zeynəb Xanlarovanın Türkiyədə implant əməliyyatı keçirdiyi barədə xəbər yayılmışdı.

89 yaşlı Zeynəb Xanlarovanın yeni - FOTOsu

Paylaş: