
Yağışlı havalarda yol hərəkəti qaydalarına əməl edilmədikdə qəzalar baş verir.
Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat yayıb.
Bildirilib ki, görüntüdəki ilk qəza oktyabrın 4-ü paytaxtın Sabunçu rayonu, Aeroport şosesində, digəri isə Lökbatan qəsəbəsi ərazisində baş verib: “Müşahidələr də onu deməyə əsas verir ki, yağışlı havalarda baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəbləri arasında sürət həddinin aşılması, asfalt örtüyünün sürüşkən olmasının nəzərə alınmaması, ara məsafəsinin gözlənilməməsi və manevretmə qaydalarının pozulması üstünlük təşkil edir”.
NİİM bu cür halların ciddiliyini nəzərə almayan sürücülərə yollarda daha məsuliyyətli olmağı və yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə edib.
Qeyd edək ki, Lökbatan qəsəbəsində 194 saylı marşrut xətti üzrə “Daewoo” markalı avtobusun sürüşərək aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.