Xəbər axtarın

Son axtarış nəticələri:

"Fairford" bazası yaxınlığında ŞÜBHƏLİ ƏMƏLİYYAT: Avtomobillərdən benzin tapıldı, İran izi araşdırılır

04.10.2026 14:15

"Fairford" bazası yaxınlığında ŞÜBHƏLİ ƏMƏLİYYAT: Avtomobillərdən benzin tapıldı, İran izi araşdırılır

Böyük Britaniyadakı “Ferford” (RAF Fairford) aviabazası yaxınlığında saxlanılan beş nəfərin əməliyyatın əsl məqsədindən xəbərsiz ola biləcəyi və ya sadəcə muzdlu icraçı kimi istifadə edildikləri ehtimal olunur.

Primeinfo.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri təhqiqata yaxın mənbələrə istinadən məlumat yayıb.

İstintaq materiallarına görə, saxlanılan şəxslərdən biri həbs olunmazdan az əvvəl özü təcili xidmət nömrəsinə zəng edərək məlumat verib. Hadisə yerində yoxlanılan üç furqonda partlayıcı maddə aşkar edilməsə də, böyük miqdarda benzin tapılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində ərazidəki 85-ə yaxın evin sakini təxliyə olunub, lakin saxlanılan 5 nəfərin hamısı sonradan girov müqabilində zaminə buraxılıb.

Hazırda Böyük Britaniya və ABŞ xüsusi xidmət orqanları insidentdə ehtimal olunan “İran izi”ni və Tehranın bu təxribatda iştirakı variantını diqqətlə araşdırırlar. Tehran tərəfi isə iddiaları qətiyyətlə təkzib edir.

Paylaş: