Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə elmi mərkəz kimi istifadə olunan "Airbus A340" təyyarəsi alovlandı - FOTO - VİDEO

05.09.2026 18:45

Türkiyədə elmi mərkəz kimi istifadə olunan "Airbus A340" təyyarəsi alovlandı - FOTO - VİDEO

Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda Aviasiya Elmləri Mərkəzi kimi istifadə edilən “Airbus A340” sərnişin təyyarəsində yanğın baş verib.

Bu barədə Primeinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, alov təyyarənin gövdəsini bürüyüb, hadisə yerinə polis və yanğınsöndürən briqadaları göndərilib.

Yanğının söndürülməsi ilə bağlı işlər davam edir.

Qanadlarının uzunluğu 60 metr, gövdəsinin uzunluğu 64 metr olan “Airbus A340” sərnişin təyyarəsi 2018-ci ildə 14 yük maşını ilə hissə-hissə daşınaraq ərazidə yerləşdirilib və daha sonra montaj edilib, Aviasiya Elmləri Mərkəzi kimi xidmət göstərməyə başlayıb.

Türkiyədə elmi mərkəz kimi istifadə olunan "Airbus A340" təyyarəsi alovlandı - FOTO - VİDEO Türkiyədə elmi mərkəz kimi istifadə olunan "Airbus A340" təyyarəsi alovlandı - FOTO - VİDEO Türkiyədə elmi mərkəz kimi istifadə olunan "Airbus A340" təyyarəsi alovlandı - FOTO - VİDEO

Paylaş: