
Futbol üzrə Türkiyə millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Primeinfo.az xəbər verir ki, A Liqasının 1-ci qrupunda yer alan “ay-ulduzlular” İtaliya yığmasının qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bu qrupun digər matçında isə Fransa millisi öz meydanında Belçikanı qəbul edəcək.
Qeyd edək ki, qrupda keçirdiyi ilk üç oyunda məğlub olan Türkiyə yığması xalsızdır və sonuncu – 4-cü pillədə qərarlaşıb. Fransa millisi 7 xalla qrupa başçılıq edir. Belçika 6 xalla ikinci, İtaliya 4 xalla üçüncüdür.