Xəbər axtarın

Son axtarış nəticələri:

Moskvada MİTİNQ: 60-dan çox etirazçı saxlanıldı - FOTO - VİDEO

05.10.2026 11:23

Moskvada MİTİNQ: 60-dan çox etirazçı saxlanıldı - FOTO - VİDEO

Rusiya Federasiyası Kommunist Partiyasının Moskvada “Krestyanskaya Zastava” meydanında keçirdiyi razılaşdırılmış mitinqdə 60-dan çox şəxs saxlanılıb.

Primeinfo.az-ın Kommunist Partiyasına istinadən məlumatına görə, həbslər 4 oktyabr 1993-cü ildə Moskvada baş verən silahlı qarşıdurma zamanı həlak olanların xatirəsinin anılmasının son mərhələsində başlayıb.

Moskvada MİTİNQ: 60-dan çox etirazçı saxlanıldı - FOTO - VİDEO

“İnqilab Qəhrəmanları” abidəsinin qarşısında keçirilən aksiyaya təxminən 2 min insan qatılıb. Mitinq iştirakçıları “Siyasi məhbuslara azadlıq”, “Dmitri Morozova azadlıq”, “Bondarenko üçün” və “Ədalətli seçkilər uğrunda” şüarları səsləndiriblər.

Moskvada MİTİNQ: 60-dan çox etirazçı saxlanıldı - FOTO - VİDEO

Moskva Şəhər Dumasının keçmiş deputatı Yevgeni Stupin bildirib ki, saxlanmalar iştirakçıların “Çar istefa etsin!” şüarını səsləndirməsindən sonra başlayıb. Hüquq-mühafizə orqanları hələlik hadisə ilə bağlı şərh verməyib və ya saxlanılanların sayını təsdiqləməyib.

Paylaş: