
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin raket və artilleriya atəşinə tutulmasından 6 il ötür.
Primeinfo.az-ın məlumatına görə, 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına raket mərmiləri düşüb.
Nəticədə 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Vətən müharibəsinin gedişində Bərdə rayonu ümumilikdə 5 dəfə Ermənistanın atəşinə məruz qalıb. 2020-ci il oktyabrın 5, 8, 27, 28-də və noyabrın 7-də Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir.