Xəbər axtarın

Son axtarış nəticələri:

Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşada - FOTO - VİDEO

02.10.2026 10:16

Yaşar Gülər, Zakir Həsənov və İrakli Çikovani Şuşada - FOTO - VİDEO

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Şuşada görüşüblər.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani sabah keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan Müdafiə Nazirlərinin Üçtərəfli Görüşündən əvvəl Şuşa şəhəri ilə tanış olublar”, – paylaşımda bildirilib.

 

Paylaş: