Xəbər axtarın

Son axtarış nəticələri:

Gömrükdə bəyan edilməyən kosmetik vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb

01.10.2026 16:48

Gömrükdə bəyan edilməyən kosmetik vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilməsinə cəhd göstərilən kosmetik vasitələr aşkar olunub.

Bu barədə Primeinfo.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata görə, “Qırmızı Körpü” gömrük postunun idxal nəzarət xəttində stasionar rentgen qurğusundan keçirilən nəqliyyat vasitəsinin yük yerində şübhəli təsvirlər müşahidə olunub.

Gömrük əməkdaşları tərəfindən həyata keçirilən yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 4752 ədəd kosmetik vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: