Xəbər axtarın

Son axtarış nəticələri:

Emi Karlon: "TBNM bütün Avrasiya üzrə ticarət axınlarını dəyişdirməyə qadirdir"

01.10.2026 11:50

Emi Karlon: "TBNM bütün Avrasiya üzrə ticarət axınlarını dəyişdirməyə qadirdir"

ABŞ Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz – TBNM) inkişafını real investisiyalarla, o cümlədən TBNM İnkişaf Fondu çərçivəsində ayrılan 201 milyon dollar məbləğində vəsaitlə dəstəkləyib.

Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən “CAMCA 2026” Regional Forumunda deyib.

Onun sözlərinə görə, regional bağlantının genişləndirilməsi ABŞ-nin prioritetlərindən biridir.

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Mərkəzi Asiyanı, Xəzər regionunu və Cənubi Qafqazı ABŞ və Avropa bazarları ilə birləşdirir. Bu ticarət marşrutu sadəcə infrastruktur deyil. Bu, iqtisadiyyatlar, xalqlar və sizin gələcəyiniz arasında bir körpüdür”, – deyə diplomat bildirib.

O qeyd edib ki, tam reallaşdırılmış TBNM bütün Avrasiya üzrə ticarət axınlarını dəyişdirməyə qadirdir.

“Bu zalda təmsil olunan hər bir ölkə bundan faydalana bilər. Bu, mücərrəd bir vəd deyil. ABŞ və beynəlxalq investorlar artıq bu marşrutu reallığa çevirməyə başlayıblar”, – Karlon əlavə edib.

“Biz konkret nəticələr əldə edəcək, götürdüyü öhdəlikləri yerinə yetirəcək və ümumi uğura sərmayə qoyacaq tərəfdaşıq”, – müvəqqəti işlər vəkili vurğulayıb.

Paylaş: