Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: “Birliyin Gücü – 2026” birgə hərbi təlimi

Yaşar Gülər: "İnanıram ki, Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük təlimlər keçirəcəyik"

Yaşar Gülər: "İnanıram ki, Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük təlimlər keçirəcəyik"

Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə çıxışında deyib. “Təlimdə iştirak edən bütün qardaşlarımı təbrik edirəm.

Xocavənddə "Yüksək Səviyyəli Müşahidəçi Günü"  - VİDEO

Xocavənddə "Yüksək Səviyyəli Müşahidəçi Günü"  - VİDEO

Oktyabrın 1-də Xocavənd rayon ərazisində yerləşən Qızılqaya təlim mərkəzində “Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilir. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ilə yanaşı iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri, digər yüksək vəzifəli qonaqlar, həmçinin yerli və xarici media nümayəndələri “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək məqsədilə təlim mərkəzinə səfər ediblər. Qonaqlar təlim çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilmiş və təlimdə istifadə olunan silah, texnika, insansız sistemlər, aviasiya vasitələri və digər xüsusi hərbi avadanlıqlarla tanış olublar.

"Birliyin Gücü – 2026” təlimində tapşırıqlar yerinə yetirilib - FOTO - VİDEO

"Birliyin Gücü – 2026” təlimində tapşırıqlar yerinə yetirilib - FOTO - VİDEO

Azərbaycanda təşkil olunan “Birliyin Gücü – 2026” birgə hərbi təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, plana uyğun olaraq, şəxsi heyətin zirehli nəqliyyat vasitələri ilə əməliyyat sahəsinə daşınması, yaşayış məntəqəsində döyüş, mina sahələrindən keçidlərin açılması, şərti terrorçuların mövqelərinə basqın və obyektin düşməndən təmizlənərək ələ keçirilməsi, tankəleyhinə vasitələrlə şərti düşmənin zirehli texnikasının məhv edilməsi fəaliyətləri yerinə yetirilib. Basqın zamanı hərbi qulluqçular döyüş helikopterlərinin, zirehli texnikanın və artilleriya vasitələrinin atəş dəstəyi ilə tapşırıqları yerinə yetirib, eləcə də qarşılıqlı fəaliyyət və koordinasiya üzrə praktiki bacarıqlarını təkmilləşdiriblər.

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçilərilə görüş - FOTO  

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçilərilə görüş - FOTO  

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak edən müşahidəçilər ilə görüş keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a bildirilib ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil edilən tədbirdə müxtəlif ölkələrdən olan müşahidəçilərə təlimin məqsədi, keçirilmə mərhələləri və tapşırıqları barədə ətraflı məlumat verilib. Bildirilib ki, təlimdə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının müxtəlif taktiki tapşırıqları yerinə yetirməsi, bölmələr arasında uzlaşmış qarşılıqlı fəaliyyətin və idarəetmə imkanlarının təkmilləşdirilməsi nəzərdə tutulur.

“Birliyin Gücü - 2026"da kiberəməliyyat fəaliyyətləri  - FOTO - VİDEO

“Birliyin Gücü - 2026"da kiberəməliyyat fəaliyyətləri  - FOTO - VİDEO

Azərbaycan, Türkiyə və Özbəkistanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssisləri “Birliyin Gücü – 2026″ birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətlərini yerinə yetiriblər. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Qızılqaya” Təlim Mərkəzində keçirilən təlim zamanı hər üç ölkənin hərbi qulluqçuları vahid komanda tərkibində kiberəməliyyat qrupu kimi fəaliyyət göstəriblər.

“Birliyin Gücü – 2026”: Şərti düşmənin hava hədəflərinə zərbələr endirildi - FOTO - VIDEO

“Birliyin Gücü – 2026”: Şərti düşmənin hava hədəflərinə zərbələr endirildi - FOTO - VIDEO

Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir. Primeinfo.az-a bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimin planına uyğun olaraq, şəxsi heyətin, silah və texnikanın, eləcə də aviasiya vasitələrinin cəlb edilməsi ilə müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqlar icra edilir.