Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya Macarıstan diplomatlarını ölkədən çıxarır

01.10.2026 15:24

Rusiya Macarıstan diplomatlarını ölkədən çıxarır

Macarıstanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, macarıstanlı diplomata Rusiya səfirliyinin əməkdaşlarının ölkədən çıxarılması qərarı ilə bağlı etiraz edilib.

Rusiya tərəfinin cavab tədbiri kimi Macarıstanın Moskvadakı səfirliyinin, Sankt-Peterburq və Kazandakı baş konsulluqlarının bir sıra əməkdaşlarının Rusiyanı tərk etməsi üçün iki həftə vaxt verildiyi qeyd olunub.

Qeyd edək ki, Macarıstan sentyabrın 8-də 10 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.

Paylaş: