Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "Flydubai" təyyarəsini santexnik xilas edib

01.10.2026 12:26

Tramp: "Flydubai" təyyarəsini santexnik xilas edib

“Flydubai” təyyarəsini əvvəllər heç vaxt təyyarədə uçmamış israilli santexnik xilas edib.

Primeinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Mən bu hadisə ilə bağlı Bibi (İsrailin Baş naziri Binyamin Netanyahu – red.) ilə danışdım. Görünür, ikinci pilot terrorçu və ya dəli olub və pilotu bıçaqlayıb”.

Tramp qeyd edib ki, əvvəllər heç vaxt təyyarədə uçmamış israilli santexnik oğlanı oturacağından çəkib geri atıb, sükanı ələ keçirib: “Eşitdiyim hekayə budur. Doğru olub-olmadığını bilmirəm, amma Bibi və bir neçə nəfərdən eşitdiyim hadisə budur”.

Qeyd edək ki, Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi pilot kabinəsindəki pilotlar arasında davadan sonra Səudiyyə Ərəbistanındakı Tabuk Hava Limanına təcili eniş edib. Pilotlardan biri bıçaqlanıb, digəri isə təyyarənin idarəsini ələ keçirməyə cəhd edib. Digər heyət üzvləri və sərnişinlər müdaxilə edib.

“Flydubai” hadisə ilə bağlı araşdırma aparılana qədər İsrailə uçuşları dayandırıb.

 

Paylaş: