
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin görüşündə diqqət çəkən məqam yaşanıb.
Primeinfo.az xəbər verir ki, əl salamlaşması zamanı Rzayi öncə əlini irəli uzadıb, Şahin Mustafayev əl vermək istəyərkən isə qəfildən azca geri çəkib.
Məqsəd Mustafayevin onun əlini tutmaq üçün əyildiyi görüntüsünü yaratmaq olub. Azərbaycan rəsmisi isə bu məqamı dərhal anlayıb və ara məsafəsini pozmadan və qəddini əymədən Rzayiyə barmaq uclarında salam verib.
Bu an sosial şəbəkədə geniş müzakirə yaradıb, İran rəsmisinin özü qazdığı quyuya özünün düşməsi kimi qiymətləndirilib.