
Türkiyədə “Yeşilçam”ın “Altın çocuğ”u kimi tanınan aktyor Göksel Arsoy vəfat edib.
Primeinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor 90 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Göksel Arsoy “Kara Günlerim”, “Samanyolu” və “Taş bebek” kimi məşhur filmlərdə rol alıb.
1999-cu ildə Antalya “Altın Portakal” Film Festivalında “Yaşam Boyu Onur Ödülü”, 2024-cü ildə isə Türkiyə Prezidentinin Mədəniyyət və İncəsənət Böyük Mükafatına layiq görülüb.
![]()
G.Arsoy 2017-ci ildə həyat və yaradıcılıq yolundan bəhs edən “Altın Çocuk” adlı avtobioqrafik kitabını nəşr etdirib.
1961-ci ildə Soley Arsoy ilə ailə həyatı quran aktyorun Aşkım və aktyor Gökhan adlı iki övladı var.
