AAYDA: Qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır
Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır.
Yol kənarındakı qoruyucu torların zədələnməsi ciddi təhlükə yaradır.
Paytaxtın və Abşeron rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu gün saat 22:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Primeinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumata görə, məhdudiyyət təmir işləri bitənədək tətbiq ediləcək.
Təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. Primeinfo.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata görə, məhdudiyyətlər aşağıdakı ünvanlarda tətbiq olunacaq: – Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində – avqustun 27-si saat 22:00-dan; – Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsində – avqustun 27-si saat 22:00-dan; – Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində – avqustun 28-i saat 20:00-dan; – Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsində – avqustun 28-i saat 20:00-dan; – Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Ü.
Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin üç ünvanında nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Məlumata görə, Suraxanı rayonunun Günəşli qəsəbəsində yerləşən Mürsəl Kazımlı küçəsində hərəkət avqustun 21-i saat 19:00-dan, Səbail rayonunun Gülüstan küçəsində, Gülüstan Sarayına gedən yolda, eləcə də Əlibəyov qardaşları küçəsində isə avqustun 22-si saat 09:00-dan müvəqqəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) daha bir təyinat olub. Primeinfo.az xəbər veirr ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb. Əmrə əsasən, Fərhad Ələkbərov AAYDA-nın Hüquqi təminat departamentinin müdiri təyin edilib.
30 yol sahəsində təmir işləri yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Primeinfo.az-a verilən məlumata görə, 20-yə yaxın küçə və prospektdə isə təmir işləri davam etdirilir. Bildirilib ki, Bakı şəhərində genişmiqyaslı təmir proqramı icra olunur.
Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin iki küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Belə ki, avqustun 18-dən etibarən Yasamal rayonunun Zahid Xəlilov küçəsi — Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək saat 08:00-dan, Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsi — Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək saat 20:00-dan müvəqqəti bağlanacaq.
Aparılacaq təmir işləri ilə əlaqədar Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verib. Məlumata görə, 14 İyul küçəsi (Suraxanı rayonu) – 11 avqust 2026-cı il saat 09:00-dan; Sergey Yesenin küçəsi (Xəzər rayonu) – 11 avqust 2026-cı il saat 10:00-dan; Əbdülvahab Salamzadə küçəsi (Nəsimi rayonu) – 11 avqust 2026-cı il saat 18:00-dan etibarən bağlanacaq.
Bakının bütün inzibati rayonlarında 108 küçə və prospektdə təmir işləri aparılır. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Təmir proqramı çərçivəsində ümumilikdə 835 min 912 kvadratmetr yol sahəsinin yenilənməsi nəzərdə tutulub.