Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda daha bir yolda təmir işlərinə BAŞLANILIR - FOTO

31.08.2026 18:29

Bakıda daha bir yolda təmir işlərinə BAŞLANILIR - FOTO

Bakının Binəqədi rayonunda Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, Xəzər rayonunda Türkan–Hövsan şossesində, həmçinin Suraxanı rayonunda Elzar Yusubov küçəsində təmir işləri aparılır.

Bu barədə Primeinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sabah saat 09:00-dan etibarən isə Heydər Əliyev prospekti ilə 7-ci Köndələn küçəsinin kəsişməsində təmir işlərinə başlanılacaq.

Təmir işlərinin gedişindən asılı olaraq, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırıla bilər. Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən bu müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Paylaş: