Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyanın Ukraynaya hücumu nəticəsində marafon yarışının üç iştirakçısı ölüb

30.08.2026 18:45

Rusiyanın Ukraynaya hücumu nəticəsində marafon yarışının üç iştirakçısı ölüb

Xarkov vilayətində həlak olan Ukrayna hərbçilərinin xatirəsinə həsr olunmuş illik marafon yarışının üç iştirakçısı Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində həlak olub.

Primeinfo.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə regional prokurorluq məlumat yayıb.

Məlumata görə, Rusiya qoşunları şənbə günü səhər tədbirin keçirildiyi Berestinski rayonunun Natalino kəndinə “İsgəndər” raketi ilə hücum ediblər.

Prokurorluq marafon zamanı təhlükəsizlik tədbirlərinin qeyri-kafi görülməsi səbəbindən təşkilatçıların səhlənkarlığı ilə bağlı araşdırma başlayıb.

Paylaş: