“Qarabağ” – “Neftçi” oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb - VİDEO
“Qarabağ” – “Neftçi” futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki,həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür. Qeyd edək ki, bir qrup azarkeş stadion ətrafında fişənglərdən, pirotexniki vasitələrdən və şüşə qablardan istifadə etməklə ictimai asayişi pozub.