Xəbər axtarın

Son axtarış nəticələri:

“Qarabağ” – “Neftçi” oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb - VİDEO

18.10.2026 00:30

“Qarabağ” – “Neftçi” oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb - VİDEO

“Qarabağ” – “Neftçi” futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki,həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür.

Qeyd edək ki, bir qrup azarkeş stadion ətrafında fişənglərdən, pirotexniki vasitələrdən və şüşə qablardan istifadə etməklə ictimai asayişi pozub. Həmçinin, bir azarkeşin xəsarət alması ilə bağlı məlumatlar var.

Paylaş: