Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC)

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib

Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazirinə başsağlığı verib

Avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insan tələfatı ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelə başsağlığı məktubu ünvanlayıb. Nazirlər Kabinetindən Primeinfo.az-a verilən xəbərə görə, məktubda həlak olanların ailələrinə və yaxınlarına, Şimali Kipr Türk Cümhuriyyətinin xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa dilənib.

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri ölkəmizdədir

Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri ölkəmizdədir

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Parlamentinin sədri Ziya Öztürkler Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində ŞKTC-nin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.