Xəbər axtarın

Son axtarış nəticələri:

Füzulidə YOL QƏZASI - ANAMA-nın əməkdaşı ölüb

31.08.2026 16:26

Füzulidə YOL QƏZASI - ANAMA-nın əməkdaşı ölüb

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az-ın məlumatına görə, rayonun Molla Məhərrəmli kəndi ərazisində Babı kənd sakini, 1999-cu il təvəllüdlü Sahil Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaclara çırpılıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sahil Quliyev Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Füzuli rayon bölməsinin əməkdaşı olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: