Xəbər axtarın

Son axtarış nəticələri:

Qaradağda anbardan 70 min manatlıq telefon və aksesuarlar OĞURLANIB

31.08.2026 14:20

Qaradağda anbardan 70 min manatlıq telefon və aksesuarlar OĞURLANIB

Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən (DİN) Primeinfo.az-a verilən məlumata görə, xəbər verir ki, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus anbardan ümumi dəyəri 70 min manata yaxın mobil telefon və aksesuarların oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı R.Rəsullunun həmin anbarda işlədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş: