Xəbər axtarın

Son axtarış nəticələri:

Savaş yenidən ALOVLANDI: ABŞ və İran qarşılıqlı zərbələr endirib

31.08.2026 10:00

Savaş yenidən ALOVLANDI: ABŞ və İran qarşılıqlı zərbələr endirib

İran ABŞ-nin İordaniyada yerləşən hərbi bazasına hava zərbələri endirib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Fox News”un jurnalisti Trey Yinqst məlumat yayıb.

Onun sözlərinə görə, İran ordusu tərəfindən atılan demək olar ki, bütün raketlər havada zərərsizləşdirilib və hücumlar heç bir ciddi dağıntıya səbəb olmayıb.

Bundan əvvəl isə ABŞ silahlı qüvvələri İranın cənubundakı Larak adasında iki raket kompleksini məhv edib.

İddiaya görə, İran ordusu həmin qurğulardan Hörmüz boğazına dəniz minaları daşıyan raketlər atmaq üçün istifadə etmək niyyətində idi.

Bu hadisədən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Larak adasına hücuma görə ABŞ-dən qisas alacağına söz verib.

Bu barədə SEPAH bəyanat yayıb.

Bəyanatda deyilir: “Larak adasına hücum nəticəsində bir neçə döyüşçümüz, həmvətənimiz həlak olub və yaralanıb. Bu hərəkətə cavab veriləcək və təcavüzkar cəzalandırılacaq”.

Qeyd edək ki, ABŞ qüvvələri İranın cənubundakı Larak adasında iki raket kompleksini vurub.

ABŞ Prezidenti Donald Tramp avqustun 25-də verdiyi açıqlamada Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini təkrarlayıb. O, həmçinin ABŞ qüvvələrinin boğazın minalanmasına icazə verməyəcəyinə zəmanət verib.

Paylaş: