
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı hərbi hədəflərinə zərbə endirdiyini açıqlayıb.
Primeinfo.az xəbər verir ki, SEPAH-ın yaydığı bəyanatda raket hücumu zamanı ABŞ-ın hərbi bazasında yerləşən hava hücumundan müdafiə sisteminin radiolokasiya stansiyasının və sığınacaqda olan F-15 qırıcı təyyarəsini sıradan çıxartdığı iddia olunub.
Qeyd edək ki, SEPAH-ın iddiaları ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi təsdiq və ya şərh verilməyib.