Xəbər axtarın

Son axtarış nəticələri:

Son vəziyyət AÇIQLANDI: Dron zərbələri nəticəsində 12 yaşayış binası zədələndi

18.10.2026 11:40

Son vəziyyət AÇIQLANDI: Dron zərbələri nəticəsində 12 yaşayış binası zədələndi

Sankt-Peterburq şəhərinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində 1 nəfər həlak olub, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Primeinfo.az xəbər verir ki,bu barədə regionun qubernatoru Aleksandr Beqlov rəsmi bəyanatla çıxış edib.

Qubernatorun verdiyi məlumata görə, dron zərbələri və onların qalıqlarının düşməsi nəticəsində 12 çoxmənzilli yaşayış binasına və 2 fərdi evə ciddi ziyan dəyib.

Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları və hüquq-mühafizə orqanları işləyir, dəymiş ziyanın tam miqyası dəqiqləşdirilir və zərərçəkənlərə təcili tibbi və sosial yardım göstərilir.

Paylaş: