Xəbər axtarın

Son axtarış nəticələri:

İlyas Topsakal Azərbaycanı təbrik etdi - FOTO

18.10.2026 19:45

İlyas Topsakal Azərbaycanı təbrik etdi - FOTO

İstiqlal, bir millətin öz müqəddəratına yenidən hökm etməsidir. 18 oktyabr 1991-ci il Azərbaycan türklərinin tarixin ağır imtahanlarından keçərək dövlət iradəsini yenidən ayağa qaldırdığı, azadlıq idealını milli hakimiyyətlə taclandırdığı gündür.

Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının genəl başqan yardımçısı, millət vəkili, tarix elmləri doktoru, professor İlyas Topsakal öz sosial şəbəkə hesabında paylaşıb.

Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin ifadəsilə:

“Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.”

Bakıda yüksələn bayrağın həyəcanı Ankarada, Şuşanın zəfər sevinci Anadolu’nun hər guşəsində hiss edilir. Çünki bizim qardaşlığımız diplomatiya masalarında qurulmuş bir yaxınlıq deyil, ortaq tariximizin, müqəddəs xatirələrimizin və bir-birimizə əmanət bildiyimiz gələcəyimizin əsəridir.

Azərbaycanın yenidən istiqlalına qovuşmasının 35-ci ildönümünü ürəkdən təbrik edirəm.

Xəzərin üfüqündə yüksələn hər azadlıq günəşi Türk dünyasının ortaq gələcəyini işıqlandıracaqdır.

İstiqlalımız daim, dövlətimiz əbədi, bəxtimiz açıq olsun, can Azərbaycan!

 

 

View this post on Instagram

 

Paylaş: