Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan Anıtqəbiri ziyarət edib - FOTO

30.08.2026 17:03

Ərdoğan Anıtqəbiri ziyarət edib - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət rəsmiləri 30 Avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə Anıtqəbiri ziyarət ediblər.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Ərdoğanın Mustafa Kamal Atatürkün məqbərəsinə ay-ulduz motivli əklil qoymasından sonra bir dəqiqəlik sükut elan olunub və İstiqlal Marşı səsləndirilib.

Türkiyə prezidenti və protokolda yer alan dövlət rəsmiləri daha sonra Misak-i Milli qülləsinə keçiblər. Prezident Ərdoğan burada Anıtqəbiri Xüsusi Xatirə Kitabını imzalayıb.

Anıtqəbiri ziyarətə Milli Müdafiə naziri Yaşar Gülər də Türk Silahlı Qüvvələrinin Komandanlıq Heyəti ilə birlikdə qatılıb.

Ərdoğan Anıtqəbiri ziyarət edib - FOTO Ərdoğan Anıtqəbiri ziyarət edib - FOTO Ərdoğan Anıtqəbiri ziyarət edib - FOTO

Paylaş: