Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

28.08.2026 10:14

Azərbaycan neftinin qiyməti 92 dolları keçib

Dünya bazarında Azərbaycan neftinin qiyməti yenidən 92 dolları ötüb.

Primeinfo.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,80 ABŞ dolları və ya 0,87% artaraq 92,31 ABŞ dollarına yüksəlib.

Bundan əvvəl Azərbaycan nefti 91,51 ABŞ dollarına ticarət edilmişdi.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Paylaş: