Ötən gecə Moldovanın hava sahəsində 5 dron müşahidə olunub. Primeinfo.az “Newsmaker”ə istinadən xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, insidentin Rusiyanın Ukraynaya hava hücumları ilə eyni vaxtda baş verdiyi bildirilib.
Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik ünvanlayıb.
Moldovanın Baş naziri Aleksandru Muntyanu bu gün səhər istefa verib. Primeinfo.az “Reuters”a istinadən xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb. Aleksandru Muntyanu mandatını prinsiplərinə uyğun şəkildə yerinə yetirə bilməyəcəyi üçün istefa vermək qərarına gəldiyini bildirib: “Mən yaxşılığa doğru dəyişikliklərə töhfə verə biləcəyimə dair böyük məsuliyyət və qəti inamla hökumət rəhbəri olmaq təklifini qəbul etmişdim.
Moldova səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, səfirə Moldovanın Vyana Konvensiyasını kobud şəkildə pozması səbəbindən verbal nota təqdim edilib.
Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) rəsmi olaraq çıxacağı vaxt məlum olub. Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mixay Popşoi bildirib. O qeyd edib ki, ölkəsi MDB-dən rəsmən 2027-ci il aprelin 8-də çıxacaq.
Moldova parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması barədə qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib. Primeinfo.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, səsvermə zamanı 101 deputatdan 60-ı sənədin lehinə səs verib. Prosedura əsasən, Moldova Prezidenti Maya Sandu parlamentin qəbul etdiyi qanunu imzaladıqdan sonra sənəd hüquqi qüvvəyə minəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib.
“Moldova Xarici İşlər Nazirliyi ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) ayrılması üçün hüquqi prosedurlara start verib”. Primeinfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Mixai Popşoi “Radio Moldova”ya çıqlamasında bildirib. Nazirin sözlərinə görə, hazırda qurum MDB-nin təsis müqaviləsi, onun əlavələri və Birliyin nizamnaməsinin ləğvi ilə bağlı xüsusi layihə üzərində işləyir: “Hökumət səviyyəsində bu proseslərin fevralın ortalarına qədər yekunlaşması, daha sonra isə sənədin parlamentin təsdiqinə təqdim edilməsi planlaşdırılır.
Moldovanın Baş naziri Aleksandru Muntyanu və Azərbaycanın bu ölkədəki səfiri Ulvi Baxşəliyev ikitərəfli ticarətin genişləndirilməsini müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Moldova hökuməti məlumat yayıb. Görüş zamanı tərəflər ticarət-iqtisadi və mədəni sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparıblar.
Rusiyanın Kişineudakı səfiri Oleq Ozerov Moldova Xarici İşlər Nazirliyinə (XİN) gedib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. O.Ozerov, XİN-ə Moldovanın hava məkanı üzrərindən bir neçə pilotsuz uçuş aparatının (PUA) uçuşu ilə bağlı yayılan məlumatlardan sonra izahat vermək üçün dəvət edilib.