Xəbər axtarın

Son axtarış nəticələri:

SON DƏQİQƏ: Moldovanın Baş naziri istefa verdi

03.07.2026 11:52

SON DƏQİQƏ: Moldovanın Baş naziri istefa verdi

Moldovanın Baş naziri Aleksandru Muntyanu bu gün səhər istefa verib.

Primeinfo.az “Reuters”a istinadən xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb.

Aleksandru Muntyanu mandatını prinsiplərinə uyğun şəkildə yerinə yetirə bilməyəcəyi üçün istefa vermək qərarına gəldiyini bildirib:

“Mən yaxşılığa doğru dəyişikliklərə töhfə verə biləcəyimə dair böyük məsuliyyət və qəti inamla hökumət rəhbəri olmaq təklifini qəbul etmişdim. Səlahiyyətlərimi sahib olduğum prinsiplər və əqidəyə uyğun olaraq daha icra edə bilməyəcəyimi anladığım anda getməyi seçirəm”.

Qeyd edək ki, Aleksandru Muntyanunun istefası hökumət məmurlarının iştirak etdiyi bir sıra korrupsiya qalmaqallarından sonra baş verib.

Paylaş: