Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda mobil internetin sürəti 100 Mb/s-yə çatıb

25.08.2026 21:22

Azərbaycanda mobil internetin sürəti 100 Mb/s-yə çatıb

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” iyul ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən Primeinfo.az-a verilən məlumata görə, yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 92,52 Mb/s, mobil internetin median sürəti isə 99,53 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 9,43 Mb/s (11,35 %), mobil internetin sürəti isə 24,96 Mb/s (33,47 %) artıb.

İnkişaf etmiş şəhərlərin müqayisəsinə gəlincə isə iyulda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,65 Mb/s, mobil internetin median sürəti isə 121,54 Mb/s olub.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 9,28 Mb/s (11,13 %), mobil internetin sürəti isə 29,36 Mb/s (31,85 %) artıb.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.

Paylaş: