“Sabah” komandası tarixində ilk dəfə UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb. Primeinfo.az xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) kollektivi ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı Bakı təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu axşam saat 20:45-də “Sabah”ın UEFA Çempionlar Liqasında “Hapoel”ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək. Bu barədə Primeinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Məlumata görə, matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq.
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Sabah” – “Hapoel” (Beer-Şeva) oyununa 15 000 bilet satılıb. Bu barədə Primeinfo.az-a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib. Qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.