
Azərbaycanda avqustun 24-nə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, səhər şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddəlti az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 35-38, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacağı ehtimal edilir.