Xəbər axtarın

Son axtarış nəticələri:

“Sabah”ın oyunu ilə bağlı metronun iş vaxtı 1 saat UZADILACAQ

25.08.2026 12:40

“Sabah”ın oyunu ilə bağlı metronun iş vaxtı 1 saat UZADILACAQ

Bu axşam saat 20:45-də “Sabah”ın UEFA Çempionlar Liqasında “Hapoel”ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

Bu barədə Primeinfo.az-a  “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Məlumata görə, matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

“Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq.

Bundan əlavə, ”Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək. Ümumilikdə gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.

Paylaş: