Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya Böyük Britaniyanı hədələyib

27.08.2026 14:28

Rusiya Böyük Britaniyanı hədələyib

Rusiya Britaniyanın “Storm Shadow” qanadlı raketlərinin istifadəsinə Ukraynada və ondan kənarda istənilən Britaniya hərbi hədəfinə zərbə endirməklə cavab verə bilər.

Primeinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Britaniya hökumətinin bütün addımları, necə deyərlər, vahid bir məqsədə – ölkəmizə strateji məğlubiyyətə uğratmağa yönəlib. Bu, uğursuzluğa məhkumdur”,- Zaxarova bildirib.

Rusiya XİN sözçüsü, Britaniyanı münaqişəni “tamamilə yeni səviyyəyə qaldırma riski daşıyan düşmənçilik yanaşması”ndan əl çəkməyə çağırıb.

Paylaş: