Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Primeinfo.az xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbaycan bölməsi üçün Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsi üçün isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə proqramlar təqdim edilib.
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Primeinfo.az xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbaycan bölməsi üçün Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsi üçün isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) üzrə proqramlar təqdim edilib.
2027-ci ildə 9-cu sinif buraxılış və ali məktəblərə qəbul imtahanlarının modelində dəyişiklik olmayacaq. 11-ci sinif buraxılış imtahanında isə xarici dil fənni üzrə yeni yazı tapşırığı tətbiq ediləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Facebook” hesabında yazıb.
“Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb. Beləliklə, 2026-2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb”. Primeinfo.az xəbər verir ki, bu, DİM sədri Məleykə Abbaszadənin paylaşımında qeyd edilib.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı keçirilən müsabiqənin nəticələri DİM-in saytında yerləşdirilib.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat prosesi 2 sentyabr saat 18:00-dək davam edəcək. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Xatırladaq ki, qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar.
IV ixtisas qrupu üzrə yüksək bal toplayaraq ali məktəbə qəbul olunmayan bəzi abituriyentlər üçün hərbi tibb və hərbi mühəndislik istiqamətlərində əlavə imkanlar yaradılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, bu il IV ixtisas qrupu üzrə, xüsusilə tibb ixtisaslarında yüksək rəqabət müşahidə olunub.
Subbakalavrlar 30 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. DİM-dən Primeinfo.az-a verilən xəbərə görə, bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı 4215-dir və ötənilki göstəricidən 2246 nəfər daha azdır. “Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 28.67%-nin (412 nəfər), Mingəçevir Dövlət Universitetinə qəbul olunanların 25.22%-nin (433 nəfər), Lənkəran Dövlət Universitetinə qəbul olunanların isə 23.28%-nin (474 nəfər) subbakalavr olduğunu görərik”, – DİM-in məlumatında qeyd olunub.
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib. Primeinfo.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Jurnalın yeni nömrəsində 2026/2027-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı ixtisas qrupları üzrə təqdim olunub.