Xəbər axtarın

Son axtarış nəticələri:

Odessa yaxınlığında gəmiyə DRON HÜCUMU: İki Azərbaycan vətəndaşı həlak oldu - FOTO

10.09.2026 12:44

Odessa yaxınlığında gəmiyə DRON HÜCUMU: İki Azərbaycan vətəndaşı həlak oldu - FOTO

Dünən səhər saatlarında Qara dənizin Odessa limanı yaxınlığında göyərtəsində 4 Azərbaycan vətəndaşının olduğu gəmiyə dronlarla zərbə endirilib.

Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan dənizçilərə dəstək” İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, “Mert Marine Corporation” şirkətinə məxsus olan və Somali bayrağı altında üzən “TEDY” (9059200 imo) yedək gəmisinə dron hücümu edilib. Gəminin göyətəsində 4 Azərbaycan, 3 Türkiyə, 2 Almaniya, 1 Ukrayna vətəndaşı olub.

Zədələnmiş gəmi gecə saatlarında Konstansa limanına doğru gedərkən yenidən 2 drom hücumuna məruz qalıb. Nəticədə azərbaycanlı dənizçilər Aslan Əliyev və Asim Qasımov həlak olub.

Digər 2 həmyerlimiz yanıq xəsarətləri ilə Odessa şəhərində xəstəxanaya yerləşdirilib.

Odessa yaxınlığında gəmiyə DRON HÜCUMU: İki Azərbaycan vətəndaşı həlak oldu - FOTO

Paylaş: