Bu il ali təhsil müəssisələrinin qəbul planı 97, 07 % dolub. Primeinfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib: “Onlardan 58 947 nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.
Tələbə adını qazanan gənclərimizi ürəkdən təbrik edirəm.
2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin V ixtisas qrupuna daxil olan xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə plan yerləri müəyyənləşib. Primeinfo.az xəbər verir ki, Modern.az-ın Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 4-cü nömrəsindən əldə etdiyi məlumata görə, Bakı Dövlət Universitetinin Qazax filialında fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasına 30 yer ayrılıb. Azərbaycan Memarlıq və İnşaat Universitetində dizayn ixtisası üzrə Azərbaycan bölməsinə 125, Azərbaycan və rus bölmələri birgə olmaqla ingilis dilində tədrisə 25, rus bölməsinə 50 plan yeri ayrılıb.
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Bu barədə Primeinfo.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub. Bu barədə Primeinfo.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin IV ixtisas qrupunda dövlət sifarişi əsasında 3629 plan yeri ayrılıb. Primeinfo.az xəbər verir ki, Modern.az bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 4-cü nömrəsinə istinadən məlumat verir. Ən çox dövlət sifarişli yer tibb ixtisasına ayrılıb.
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.
“Abituriyentlər ixtisas seçimlərində birinci yerdə ən çox istədikləri ixtisası yazmalıdırlar”. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə qurumun sosial şəbəkə hesabında keçirilən canlı yayım zamanı abituriyentlərə müraciətində bildirib. O qeyd edib ki, abituriyentlər gələcəkdə sevdikləri peşə ilə məşğul ola biləcəkləri ixtisası seçməlidirlər: “Elə bir təhsil almalısınız ki, gələcəkdə sevdiyiniz peşə ilə məşğul olasınız.
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 12–19-da aparılacaq.
2026–2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə II və III ixtisas qrupları üzrə dövlət sifarişi ilə ayrılmış plan yerlərinin sayı müəyyənləşib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 4-cü sayında əks olunub. Jurnalda qeyd edilib ki, II ixtisas qrupu üzrə ümumilikdə 4 185 dövlət sifarişli plan yeri ayrılıb.