Xəbər axtarın

Son axtarış nəticələri:

TİKA rəhbəri: “Azərbaycan insan kapitalının inkişafına xüsusi diqqət yetirir“ - FOTO

10.09.2026 20:00

TİKA rəhbəri: “Azərbaycan insan kapitalının inkişafına xüsusi diqqət yetirir“ - FOTO

Azərbaycan beynəlxalq inkişaf əməkdaşlığı çərçivəsində təhsil və səhiyyə sahələrinə, eləcə də insan kapitalının inkişafına xüsusi diqqət yetirir. COP29-a ev sahibliyi etməklə Azərbaycan qlobal iqlim gündəliyinə mühüm töhfə verib.

Primeinfo.az xəbər verir ki, bu sözləri Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş konfransda söyləyib.

O bildirib ki, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi və TİKA arasında imzalanan Anlaşma Memorandumu Azərbaycanın və Türkiyənin inkişaf əməkdaşlığı sahəsində uzunmüddətli tərəfdaşlığının institusional əsaslarını daha da gücləndirir.

Bu əməkdaşlıq iki ölkənin yalnız ikitərəfli deyil, həm də üçüncü ölkələrdə koordinasiyalı fəaliyyət göstərməsində və Türk dünyasının qlobal inkişaf əməkdaşlığında daha fəal rol oynamasına yeni imkanlar yaradır.

Paylaş: