
“Rusiya öz vəhşi hücumlarını davam etdirdikcə, ukraynalıların motivasiyası əksinə daha da artır və təslim olmaq istəmir. Çünki Ukrayna xalqı Rusiyadan fərqli olaraq öz evini qoruyur. Rus əsgərini isə düşündürən əsas məsələ pul qazanmaqdır. Bu səbəbdən də ruslar arasında müharibəyə münasibətin kəskin şəkildə dəyişdiyini görə bilirik”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Real partiyasının sədri Natiq Cəfərli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, bir il öncə Rusiyada müharibəni tənqid edənlər həbs edilirdi: “Amma indi on minlərlə insan Putinin tənqid edildiyi videolar çəkir”.
Davamı “Qırmızı masa”da: