Xəbər axtarın

Son axtarış nəticələri:

TƏCİLİ: Xocalıda MİNA PARTLADI - xəsarət alan var

10.09.2026 10:00

TƏCİLİ: Xocalıda MİNA PARTLADI - xəsarət alan var

Xocalı rayonunun Daşkənd kəndi ərazisində 2026-cı il 10 sentyabr tarixində mina hadisəsi baș verib.

Bu barədə Primeinfo.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

 

Paylaş: