Xəbər axtarın

Son axtarış nəticələri:

Qolları olmayan körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi

10.09.2026 16:15

Qolları olmayan körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi

Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb.

Primeinfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir.

Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyət müşahidə olunur.

Qeyd edək ki, körpə iyunun 27-də Sabunçu Tibb Mərkəzində 36 həftəlik hamiləlikdən sonra qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Doğuş zamanı onun çəkisi 2 kiloqram 600 qram, boyu isə 47 santimetr olub.

Rəsmi açıqlamaya əsasən, körpə “çoxsaylı inkişaf qüsurları ilə” doğulub.

Ana isə müalicə və müşahidə mərhələsindən sonra iyunun 30-da yazılı iltizamnamə ilə övladından imtina edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib ki, anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi qurumun əməkdaşları prosesə cəlb olunublar:

“Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq agentlik tərəfindən 1 nömrəli körpələr evinə yerləşdirilib. Körpənin vəziyyəti mütəmadi olaraq diqqətdə saxlanılacaq”.

Paylaş: